Zelenski rus hərbçilərinin əsas hədəflərindən DANIŞDI
01
mar
2022
15:28
Ukrayna prezidenti Volodimir Zelenski bu gün paytaxtın müdafiəsinin dövlət üçün əsas prioritet olduğunu açıqlayıb.
BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə ölkə başçısı yaydığı video mesajında bildirib.
Onun sözlərinə görə, hazırda Xarkov və Kiyev Rusiya üçün ən vacib hədəflərdir.
Zelenski vurğulayıb ki, bütün şəhərlərdə düşmənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır.
"Əgər Biz Kiyevi müdafiə etsək, dövləti qoruyacağıq. Kiyev ölkəmizin ürəyidir. Mübarizə aparmaq lazımdır. Qalib gəlmək üçün mübarizə aparacağıq", - deyə ölkə başçısı bildirib.
Oxşar xəbərlər
Volodimir Zelenski Rusiya əsgərlərinə müraciət edib
Ukrayna Prezidenti Volodimir Zelenski yenə xalqa müraciət müraciət ünvanlayıb. BAKU.WS UNIAN-a istinadən xəbər verir ki, o, bu dəfəki müraciətində Rusiya əsgərl...