Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir
Türkiyə üçün Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması və hazırkı sülh prosesinin müvafiq sazişin imzalanması ilə yekunlaşması çox önəmlidir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz "Şərqi və Cənub-Şərqi Anadolu Bölgələrinin Görüşü" adlı tədbirdə çıxışında deyib.
C. Yılmazın sözlərinə görə, Türkiyə Cənubi Qafqazda davamlı sülhün əldə olunmasını istəyir.
"Bölgədə reallaşdırılacaq Zəngəzur dəhlizi, Orta Dəhliz Türkiyə üçün əhəmiyyətlidir, çünki bu koridorlar Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə quru əlaqəni yaratmaqla yanaşı, Asiya ilə Avropa arasında ticarətin inkişafına töhfə verəcək. Regionun iqtisadiyyatı inkişaf edəcək", - Türkiyənin Vitse-prezidenti bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib. BAKU.WS xəbər verir ki, pay...