Yaxın Şərqdəki vəziyyət WADA-nın Bakı simpoziumunun təxirə salınmasına səbəb olub
Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə Regional Simpoziumunu təxirə salıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.
Tədbir Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salınıb.
Simpoziumdan əvvəl Bakıda təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verilib.
WADA açıqlamasında ev sahibləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək, bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıların qəbul etməsinə dair video paylaşılıb. BA...