Yalçın Rəfiyev: "Azərbaycan üçün əsas çətinliklərdən biri mina problemi ilə bağlıdır"
"Yenidənqurma prosesinə başlanması üçün əsas şərtlər maliyyə resurslarının mövcudluğu, sülh və sabitlik mühitinin təmin olunmasıdır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan üçün əsas çətinliklərdən biri mina problemi ilə bağlıdır:
"Maliyyə imkanları və sülh şəraiti mövcud olsa belə, bərpa işlərinə mane olan ciddi amildir. BMT qərarlarında da təsbit olunmuş bir faktdır ki, bu, humanitar məsələdir. İnsanların bu problemlə üzləşməməsi üçün beynəlxalq ictimaiyyət birlikdə onun qarşısının alınmasına kömək etməlidir".
Y.Rəfiyev qeyd edib ki, Azərbaycan həm COP29, həm də WUF13 kimi mühüm qlobal tədbirlərə ev sahibliyi etməklə bu sahələr arasında körpü rolunu oynayır:
"Ölkə çoxşaxəli diplomatiya çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir. Hər iki qlobal tədbirin irsinin qorunması və gələcək inkişaf üçün istifadə olunması istiqamətində fəaliyyətlər davam etdiriləcək".
Oxşar xəbərlər
Azovda hücuma məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəyə yola salınıb
Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəyə yola salınıb. BAKU.WS xəbər verir ki, b...