Yalçın Rəfiyev: Azərbaycan COP29 təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır
Azərbaycan COP29 təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, COP29 ən uğurlu COP-lardan biri olub:
"Çünki 70 mindən çox iştirakçı, yüksək səviyyəli rəsmilərin iştirakı və nəticələr bunu deməyə əsas verir. Qərarlar verilir, lakin icra önəmlidir. Biz inanırıq ki, COP29-da öhdəlik götürən ölkələr öz vədlərini yerinə yetirəcək".
Y.Rəfiyev bildirib ki, COP29 irsinin davam etməsi müsbət nəticədir:
"Azərbaycan Xarici İşlər Nazirliyi olaraq, təcrübəmizi ölkələrlə bölüşməyə hazırıq. Azərbaycan olaraq birtərəfli olmağa çalışırıq".
Baş danışıqçı vurğulayıb ki, Azərbaycan növbəti COP-un Braziliyada keçirilməsi üçün təcrübələrini bu ölkə ilə bölüşür:
"Biz qardaş Türkiyənin COP31-ə ev sahiblik etməsini də dəstəkləyirik".
Oxşar xəbərlər
Moskva kabinetlərindəki şokdan Azərbaycan üzərinə hibrid hücumlaradək
44 günlük müharibədə Azərbaycanın qələbəsi və Bakının sonrakı diplomatik addımları bölgədə mövcud xarici təsirlər sistemini məhv etdi. BAKU.WS xəbər verir ki, b...