Xudayar Yusifzadənin qardaşı: “O, 30 ildən sonra Qarabağda ilk Azərbaycan musiqisini səsləndirdi” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən Müharibəsinin şəhidi, ifası ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə Diaspor FM-ə müsahibə verib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məhəmməd Yusifzadə qardaşı ilə bağlı uşaqlıq xatirələrindən, ailəliklə musiqiyə olan sevgilərindən, Xudayarın isə eyni zamanda hərbi sahəyə marağından danışıb. O, könüllü olaraq cəbhəyə yollanan qardaşının müharibədə göstərdiyi şücaətləri, ağır döyüşlər zamanı özünün pozitivliyi ilə əsgərlərimiz arasında ruh yüksəkliyi yaratması ilə bağlı döyüş yoldaşlarının xatirələrini bölüşüb.
M.Yusifzadə Xudayarın 30 il sonra Qarabağ dağlarında ilk dəfə səsləndirdiyi Azərbaycan musiqisini oranjiman edən musiqiçilərimizə, onu diqqətdə saxlayan jurnalistlərə və Azərbaycan diasporuna təşəkkürünü bildirib. O, 44 gün ərzində ordumuzun müharibə meydanında apardığı mübarizə ilə yanaşı, xaricdə yaşayan soydaşlarımızın da informasiya cəbhəsində erməni lobbisi ilə mücadiləsini xüsusi vurğulayaraq minnətdarlığını ifadə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...