Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd rayonunda silah-sursat aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib. Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Xocavənddə ermənilərin atıb qaçdıqları xeyli sayda silah-sursat aşkarlanıb - FOTO
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığıl...