Qarabağda yeni savaş olacaq?
Qarabağın 3/4 hissəsinin əldən çıxmağı ilə əsla razılaşan deyilik. Yaxın vaxtlarda yeni savaş olacaq. Qisas müharibəsinə başlayacağıq və daha da irəli gedəcəyik.
BAKU.WS Milli.az-a istinadla xəbər verir ki, bunu Dağlıq Qarabağdakı terrorçu xuntanın yeni "Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyan deyib.
Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində o, Qarabağda silahlı qüvvələrin tam dəyişəcəyini, mobil ordu yaradılacağını, habelə hərbi polis, antiterror və xüsusi təyinatlı qüvvənin təsis ediləcəyini bəyan etmişdi.
Ermənistanda da belə bəyanatlar səngimir. Ermənilər revanş, qisas duyğuları ilə yaşadıqlarını, məğlubiyyətlə barışmayacaqlarını və yenidən hərbi əməliyyatlara başlayacaqlarını deyirlər.
Belədirsə, Qarabağda yeni savaş ola bilərmi?
...Prezident İlham Əliyev bəyan edib: "Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq".
Aşkar, konkret və dəqiq açıqlamadır.
İkinci Qarabağ Savaşında darmadağın edilmiş Ermənistan ordusunun potensialı, hərbi, maliyyə, texniki imkanları və ən başlıcası, insan resursları və səfərbərlik balansı İrəvana yenidən hərbi əməliyyatlara başlamağa imkan vermir.
Belə ki, 44 günlük savaşda Ermənistan Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinin texnikasının 26 faizi, artilleriyasının 47 faizi, logistika və nəqliyyat vasitələrinin 49 faizi, zirehli texnikasının 53 faizi məhv edilib.
Dağlıq Qarabağdakı terrorçu xuntanın durumu isə daha ağırdır. Belə ki, savaşdan əvvəl artilleriya qurğuları və reaktiv artilleriya vasitələri baxımından Azərbaycanla "paritet durumda" olduğunu bəyan edən qarabağlı ermənilərin indi cəmi 3 BM-31M reaktiv yaylım atəşi qurğusu, 12 D-30 haubitsa topu, müxtəlif çaplı 23 topu, 6 tankı, 8 zirehli maşını, 38 nəqliyyat vasitəsi qalıb.
Qarabağlı ermənilərin hərbi təyyarələri, helikopterləri və PUA-ları ümumiyyətlə qalmayıb. Eyni situasiya hava hücumundan müdafiə və radiolokasiya sistemlərində də müşahidə olunur.
İkinci Qarabağ Savaşından əvvəl Dağlıq Qarabağdakı terrorçu xuntanın malik olduğu hərbi potensialı xatırladım:
T-72 və T-55 tankları - 264 ədəd
PDM-1 - 80
BRM-1K - 8
BRDM-2, BTR-80, BTR-70, BTS-4 - 302 ədəd
BM-21 "Qrad" reaktiv yaylım atəşi sistemi - 44
152 mm çaplı 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu - 12
122 mm çaplı S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu - 12
152 mm çaplı 2A36 "Qiasint-B" topu - 98
152 mm çaplı D-20 topu - 50
152 mm çaplı ML-20 topu - 53
122 mm-lik D-30 haubitsası - 102
122 mm çaplı M-120 alay minaatanı - 76
M74/75 yüngül minaatan - 210
"Şturm-S" tank əleyhinə raket kompleksi - 12
"Konkurs" tank əleyhinə raket kompleksi - 21
9K72 "Elbrus" operativ-taktiki raket kompleksi - 4
"Toçka-U" operativ-taktiki raket kompleksi - 6
S-300 zenit-raket kompleksi - 1
S-125/125M zenit-raket kompleksi - 2
"Kruq" zenit-raket kompleksi - 17
"Kub" zenit-raket kompleksi - 1 divizion
S-75 zenit-raket kompleksi - 1 divizion
"Osa" zenit-raket kompleksi - 8
"Strela-10" zenit-raket kompleksi - 13
ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu - 9
ZU-23-2 zenit qurğusu - 14
"İqla−1" ZRK - 27
"İqla" ZRK - 48
"Su-25" zərbə təyyarəsi - 2
"Mi-24" zərbə helikopteri - 4
"Mi-8MT" hərbi helikopteri - 5
Ermənistan istehsalı olan "Krunk" PUA-sı - 6
Şəxsi heyətin sayı - 19800 nəfər
Ehtiyatda - 26750 nəfər
...Sadaladığımız texnika, hərbi potensial faktiki olaraq məhv edilib.
Qalanlar sadəcə hazırda Rusiya sülhməramlılarının operativ fəaliyyət ərazilərində olan erməni silahlılardır. Onların sayı təqribən 8600-8700 nəfərdir.
İkinci Qarabağ Savaşı Ermənistanın kapitulyasiya etməsi, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatmasaydı, Azərbaycan ordusu mütləq şəkildə Xankəndiyə daxil olacaqdı. Belə olan halda ermənilərin Ağdam, Əsgəran və Ağdərədəki 23400 nəfərlik hərbi qüvvəsi mühasirəyə alınacaq, maksimum 4 gün ərzində məhv ediləcəkdi.
Dağlıq Qarabağdakı "Təhlükəsizlik Şurası"nın yeni katibi, "general", əslində yeni kloun olan Vitali Balasanyan Qarabağda hələlik ermənilərin əlində olan ərazilərdə hakimiyyəti ələ keçirmək, terrorçu xuntanın "rəhbər"i Araik Arutyunyanı devirmək və yeni xunta qurmaq niyyətindədir.
A.Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın kreaturası, V.Balasanyan isə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ən sadiq fiqurlarından biridir.
Araik Arutyunyan da "yeni ordu quruculuğu"ndan bəhs edir.
Lakin hansı maliyyə vəsaiti hesabına - bəlli deyil.
Terrorçular "ordu" qurmaq üçün gərəkli olan və minimal məbləği 3 milyard dollar təşkil edəcək pulları haradan, necə əldə edəcəklər - bilinmir.
Həmin hərbçilər Azərbaycan üçün terrorçulardır, heç bir perspektivləri və şansları da yoxdur. Çünki qarabağlı terrorçular "ordu" yaratmaq fikrinə düşsələr, olmayan texnikalarını və sursatlarını almaq üçün yeganə mənbələri Ermənistandır.
Ermənistanla Dağlıq Qarabağı isə eni 5 km olan Laçın dəhlizi birləşdirir.
Dəhlizin hər iki tərəfində hərbçilərimizdir və onlar yolu sutkada 24 saat nəzarətdə saxlayırlar.
Bundan başqa, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, rusiyalı sülhməramlılar heç bir halda Ermənistandan Dağlıq Qarabağa silah, sursat, hərbi texnika və hərbçilərin daşınmasına imkan verməməlidirlər, vermirlər də.
Əksi olarsa, rusiyalı sülhməramlılar avtomatik olaraq mandatlarını itirəcəklər.
Azərbaycan da qarabağlı ermənilərin yenidən ordu qurmalarına imkan verən deyil.
Bu səbəbdən də zooloji millətçilikdən və revanşizmdən qurtula bilməyən ermənilər sakitləşsələr, onlar üçün daha yaxşı olar.
Gerçəkdən də.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...