Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb
29
apr
2026
12:22
Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 33 ailədən ibarət növbəti köç karvanları yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Xanyurduya 4 (25 nəfər), Təzəbinəyə isə 3 ailə (15 nəfər) köçürülür.
Qeyd edək ki, bununla da ümumilikdə Badaraya 105 (404 nəfər), Xanabada 98 (438 nəfər), Xanyurduya 137 (505 nəfər), Təzəbinəyə isə 163 ailənin (737 nəfər), daimi qayıdışı təmin edilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov koreyalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb. Bu barədə BAKU.WS-ə Xarici İşlər Naz...