XİN: Üçrəngli bayrağımız Azərbaycanın zəngin tarixini və parlaq gələcəyini təcəssüm etdirir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi X səhifəsində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edilib.
BAKU.WS paylaşımı təqdim edir:
"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirik.
Milli müstəqilliyin, dövlət suverenliyinin və xalqımızın birliyinin əbədiləşmiş rəmzi olan üçrəngli bayrağımız Azərbaycanın zəngin tarixini və parlaq gələcəyini təcəssüm etdirir. Bu müqəddəs simvola olan məhəbbət və sədaqət nəsildən-nəslə keçərək davam edir.
Bayrağımızın rənglərində əksini tapan rəmzlər eyni zamanda Azərbaycanın beynəlxalq arenada ləyaqətlə təmsil olunmasının əsas prinsiplərini formalaşdırır.
Bu əziz və iftixarlı gündə, bayrağımızın Azərbaycanın hər yerində, o cümlədən azad edilmiş ərazilərimizdə ucadan dalğalanması üçün canlarını fəda vermiş vətən övladlarının əziz xatirəsini ehtiramla yad edirik. Qoy bayrağımız həmişə ucalarda dalğalansın!".
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirik.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 9, 2025
Milli müstəqilliyin, dövlət suverenliyinin və xalqımızın birliyinin əbədiləşmiş rəmzi olan üçrəngli bayrağımız Azərbaycanın zəngin… pic.twitter.com/UfNg1MFJU2
Oxşar xəbərlər
Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan günləri səhv saldığını və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə rəsmi startın noyabrın 22-d...