XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Yeniliklərdən dərhal xəbərdar olun
Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoyub.
BAKU.WS xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin 15 iyun – Milli Qurtuluş günü münasibətilə "X"dəki hesabındakı paylaşımında yer alıb.
"Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik!
Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur. Milli Qurtuluş Günü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq!" - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. BAKU.WS xəbər verir ki, Hanoyun No...