“Xiaomi” ilk elektromobilini təqdim etməyə çox yaxındır - “Sərfəli” alternativlə bağlı DETALLAR - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin məşhur texnologiya şirkəti "Xiaomi" geniş məhsul çeşidinə avtomobil də əlavə edir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin ilk avtomobili ilə bağlı bəzi yeni məlumatlar ortaya çıxıb.
Avtomobil bazarına girməyə hazırlaşan texnologiya nəhəngi Çində lazımi icazələri alır.
Avtomobilə böyük sərmayə qoyan Xiaomi, heç bir problem olmadığı təqdirdə gələn il ağıllı elektrikli avtomobilini təqdim etməyi planlaşdırır.
Şirkətin 100 mindən çox istehsal etməyi hədəflədiyi bu vasitələrlə şirkət Tesla və digər elektrik avtomobilləri istehsal edən şirkətlərə “sərfəli” alternativ olmaq istəyir.
Xiaomi şirkətinin baş direktoru Lei Jun bu layihəyə böyük əhəmiyyət verdiyini bildirib. Bu avtomobilin həyatının son böyük sahibkarlıq layihəsi olduğunu deyən Lei Jun, maşının uğurla istifadəyə verilməsi üçün komandası ilə çox çalışdığını söyləyib.
Daha əvvəl iyun ayında yollarda görüntülənən elektromobil “MS11” adı ilə tanınır.
İddialara görə, ilk elektromobil aerodinamik korpusa sahib olacaq. Uzun kapot sistemi və ön şüşədəki LIDAR sensoru avtomobili ağıllı edəcək.
Oxşar xəbərlər
Ukrayna “Xiaomi”ni müharibə sponsorları siyahısına daxil edib
Ukraynanın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Agentliyi (KMMA) Çinin “Xiaomi” korporasiyasını müharibənin beynəlxalq sponsorları siyahısına daxil edib. “Rep...
