Xərçəng müalicəsində böyük irəliləyiş: Şişləri öldürən həb istehsal edildi

Xərçəng müalicəsində böyük irəliləyiş: Şişləri öldürən həb istehsal edildi
Siyasət 272

ABŞ-ın aparıcı xəstəxanasının alimləri "məqsədli kimyaterapiya" vasitəsilə bərk (hüceyrə ilə dolu) şişləri öldürən "xərçəng öldürücü həb" hazırlayıblar.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, son 20 ildə hazırlanmış dərman süd vəzi, prostat vəzi, beyin, yumurtalıq, uşaqlıq boynu, dəri və ağciyər xərçənglərinin müalicəsində effektiv olduğu sübut olunub.

AOH1996 molekulu, DNT replikasiyası və genişlənən şişlərin təmiri üçün kritik bir protein olan PCNA-nın xərçəngli variantını hədəf alaraq işləyir.

AOH1996-nın 70-dən çox xərçəng hüceyrə xəttində sınaqdan keçirildiyini bildirilir. Nəticələr göstərir ki, AOH1996 normal hüceyrə çoxalma dövrünü pozaraq xərçəng hüceyrələrini selektiv şəkildə məhv edir.

Son xəbərlər