Xarici jurnalistlər Ağdamda ermənilərin yandırdığı evdə olublar - FOTO

29
apr
2016
16:30
Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri Ağdam rayonunun Mahrızlı kəndində ermənilərin atdığı mərmi nəticəsində yanaraq yararsız hala düşən evdə olublar.
APA-nın məlumatına görə, kənd sakini Əliş Hüseynova məxsus birmərtəbəli yaşayış evi tamamilə dağılıb.
Sakinlər jurnalistlərə bildiriblər ki, aprelin 27-dən 28-ə keçən gecə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mərmilərdən biri bu evə düşüb, ev yanıb.
Hadisədən sarsıntı keçirən ev sahibi xəstəxanaya yerləşdirilib.
BAKU.WS










Oxşar xəbərlər
Ermənilərin cəbhədəki təxribatı zamanı yaralananların vəziyyəti ağırdır (FOTO)
Aprelin 27-dən 28-ə keçən gecə Ağdamda ermənilərin kəndləri artilleriya atəşinə tutması nəticəsində yaralanan 6 nəfər mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostik...