Xaricdə oturub söyüş söyənləri kim maliyyələşdirir - VİDEO

Xaricdə oturub söyüş söyənləri kim maliyyələşdirir - VİDEO
Video
Siyasət 4176
Xaricdəki antimilli qüvvələrlə əməkdaşlıq edən və Azərbaycan maraqlarını açıq hərraca çıxaran bir qrup radikal ünsürün son zamanlardakı fəallıqları onların dırnaqarası siyasi fəaliyyətlərini araşdırmaq zərurətini yaradır. Belə ki, indiyə qədər öz fəaliyyətləri ilə cəmiyyətdə ümumiyyətlə tanınmayan bu şəxslərin gündəmə gəlməsi əslində onların başqa qüvvələrin əlində alət olduğunu göstərir. İndi isə həmin şəxslərin erməni lobbisi və bəzi imkanlı azərbaycanlılar tərəfindən maliyyələşdirilməsinin məlum olması bu qüvvələrin əsl marianet olmasına şübhə yeri qoymur.BAKU.WSXəzər TV-yə istinadən məlumat verir ki, antimilli qüvvələrin siyasi spekulyasiyalarının stimullaşdırılmasında erməni lobbisi ilə yanaşı "Quska" ləqəbi ilə tanınan hazırda Almaniyada sıgınacaq alan keçmiş deputat Hüseyn Abdullayev, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev, keçmiş hərbçi İsa Sadıqov və erməni lobbisinin pulları ilə böyük sərvət toplamış keçmiş səfir Arif Məmmədov yer alır. Həmin başıpozuqların maliyyələşdirilməsində iştirak edən bu siyasətbazlar əslində siyasi mövcudluqlarını göstərmək üçün radikal ünsürlərdən bir alət kimi də istifadə edirlər.Siyasi alət funksiyasını isə antiazərbaycançı şəbəkənin dırnaqarası fəalları - Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərləri müticəsinə daşıyırlar. Maliyə maqnatı rolunda çıxış edən "Quska"nın ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırdıgı bildirilir. Bu arada Azərbaycan dilindən yalnız söyüş söymək üçün istifadə etdiyini həyasızcasına bəyan edən və bu yaxınlarda ABŞ-ın NED təşkilatından qrant almış Leyla Yunusun da başıpozuqların maliyyə dəstəkçisi rolunda çıxış etməsi barədə məlumatlar var.Antimilli ünsürlərin erməni lobbisi ilə əlbirliyində Azərbaycan əleyhinə kampaniya aparmalarına xaricdəki soydaşlarımızın mövqeləri də maraq dogurur. Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli Facebook səhifəsində son vaxtlar O.Teymurxan, M.Mirzəli və digərlərinin Azərbaycana qarşı apardıqları kampaniyaya özünəməxsus tərzdə aydınlıq gətirib: "Bu aksiyaya qoşulanlardan soruşuram: Leyla Yunusdan 94 min avronun hesabını soruşmağa cəsarətiniz çatırmı? Amma 5000 km uzaqdan camaata tırka verməyi gözəl bacarırsınız".Cənab faktdan yayınmaq mümkün deyil! Azərbaycan prezidenti, dövlətimiz və xalqımız əleyhinə qarayaxma kampaniyası üçün böyük maliyyə vəsaiti ayıran bu siyasi dələduzlar faktiki olaraq antiazərbaycançı şəbəkənin ruporu olduqlarını göstərirlər. Erməni lobbisi ilə eyni cərgədə yer alan bu radikal ünsürlərin siyasi maskaları yırtıldıqca cəmiyyət onların simasızlıgını və əxlaq pozgunluqlarının bir daha şahidi olur!BAKU.WS

Son xəbərlər