Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir
Yeniliklərdən dərhal xəbərdar olun
26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü Xankəndi şəhərində qeyd edilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Silahlı Qüvvələr günü münasibətilə Xankəndi Zəfər meydanından başlayan yürüş, şəhərin giriş qapısına qədər davam edəcək. Azərbaycan Ordusunun hərbi yürüşü qürurverici mənzərə yaradıb.
Yürüş, hərbi orksetrin müşayiətilə davam etdirilir.
Silahlı Qüvvələr günü Xankəndi şəhərində keçirilən tədbiri burada yaşayan sakinlər maraqla izləyirlər.
Tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyirlər.
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. BAKU.WS p...