Xakerlərimiz qisas aldı: Şəhidin fotosu erməni profillərində FOTOLAR

Xakerlərimiz qisas aldı: Şəhidin fotosu erməni profillərində FOTOLAR
Siyasət 7755

"Anti-armenia Team” adlı azərbaycanlı hakerlər qrupu yüzlərlə erməninin Facebook profillərinin şifrəsini sındırıb.

BAKU.WS xəbər verir ki, onlar bununla da kifayətlənməyərək həmin profillərə şəhid Çingiz Qurbanovun fotosunu yerləşdiriblər. 

Xatırladaq ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər