Ohanyandan hökumətə müraciət: "Azərbaycanlı hərbçinin meyitini qaytarın" - FOTO

Ohanyandan hökumətə müraciət: Azərbaycanlı hərbçinin meyitini qaytarın - FOTO
Siyasət 3908

Azərbaycanın "Anti-armenia Team" hakerlər qrupu ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəsmi "Facebook" səhifəsini sındırıb.

BAKU.WS xəbər verir ki, bu barədə qrupun rəsmi Facebook səhifəsində məlumat verilib. Qrup üzvləri Ohanyanın adından səhifədə müraciət də ünvanlayıblar. Belə ki, S.Ohanyan Ermənistan hakimiyyətini Azərbaycan əsgərinin cəsədini təcili qaytarmağa çağırıb.

Qeyd edək ki, ötən ilin 29 dekabrında Azərbaycanla sərhəddə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən əsgər Çingiz Qurbanov şəhid olub. Ermənistan tərəfi bütün beynəlxalq hüquqa zidd olaraq əsgərimizin cəsədini qaytarmaqdan imtina edir.

Aynur Ələkbərova 

BAKU.WS

Son xəbərlər