WUF13 çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri (Substantive Content Manager) Cəmilə İsmayılzadə bildirib.
Onun sözlərinə görə, artıq 10-dan çox dövlət başçısı bu tədbirdə iştirakını təsdiqləyib.
C.İsmayılzadə xatırladıb ki, WUF13 çərçivəsində Liderlər Sammitinin təşkili Azərbaycanın təşəbbüsüdür.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
"WUF13-ün proqramı olduqca zəngin olacaq. Həmişə olduğu kimi nazirlik səviyyəsində görüşlər gözlənilir. Qeyd etmək lazımdır ki, Azərbaycan COP29-dan sonra bu qədər miqyaslı BMT tədbirinə ev sahibliyi edən ölkə kimi bir neçə təşəbbüslə çıxış edib. Onlardan biri WUF forumu çərçivəsində ilk Liderlər Sammitinin keçirilməsidir. Dövlət başçıları əvvəllər də bu forumlarda iştirak edirdilər, lakin yalnız az sayda və müstəsna olaraq dəvət əsasında. Bakıda isə daha çox sayda ölkə rəhbərlərinin iştirakı gözlənilir. Onların sayı gündən-günə artır və bu, əvvəlki WUF göstəricilərini birmənalı şəkildə üstələyəcək", - o bəyan edib.
Oxşar xəbərlər
Ukrayna XİN rəhbərinin müavini: Azərbaycanın etdiyi yaxşılığı unutmayacağıq
Ukrayna strateji tərəfdaşı olan Azərbaycana humanitar yardıma görə səmimi minnətdarlıq bildirir. BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında, Ukrayna x...