Epşteynin altı gizli anbarı barədə ŞOK MƏLUMAT

Epşteynin altı gizli anbarı barədə ŞOK MƏLUMAT
Dünya 170

Maliyyəçi Ceffri Epşteyn ABŞ ərazisində altı gizli anbar icarəyə götürərək fotoşəkilləri və kompüterləri hüquq-mühafizə orqanlarından gizlədib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Telegraph" araşdırılmış sənədlərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, istintaqçılar həmin anbarlarda axtarış aparmayıb. Bu isə maliyyəçinin işi üzrə indiyədək araşdırılmamış materialların mövcud ola biləcəyi ehtimalını açıq saxlayır.

Məqalədə bildirilir ki, 2000-ci illərin ortalarında mümkün axtarış barədə məlumat alan Ceffri Epşteyn özəl detektivlər cəlb edib. Onlar Epşteynə məxsus kompüterləri başqa bir anbara köçürüblər və onun üçün Nyu-Yorkda qapalı saxlanma məkanı icarəyə götürüblər. İddialara görə, bu xidmət müqabilində onlara on minlərlə dollar ödənilib.

Daha sonra Epşteynin əməkdaşları onun Vircin adalarındakı adasından kompüter və disklərin materikdəki gizli məkanlara daşınmasını müzakirə ediblər. Ehtimal olunur ki, həmin materialların bir hissəsi 2009-cu ildən – hakimiyyət orqanlarının maliyyəçi ilə bağlı ilk məktubları açıqlamasından əvvəlki dövrə aid olub.

Bundan əvvəl isə "The Times" jurnalistləri Epşteynin uçuşları ilə bağlı məlumatların bir hissəsinin məhv edildiyini üzə çıxarıb. Bildirilir ki, Böyük Britaniyanın hərbi hava qüvvələrinə məxsus bəzi uçuş məlumatları saxlanma müddəti başa çatdığı üçün silinib.

Son xəbərlər