Boyun və çiyin ağrıları emosional gərginliyin siqnalı ola bilər
Boyun və çiyin nahiyəsində yaranan ağrılar hər zaman fiziki yorğunluq və ya düzgün olmayan duruşla bağlı olmur.
BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, psixoloq və terapevt Avqustina Ray açıqlamasında bildirib ki, bu cür ağrılar xroniki stress, qorxu və yığılıb qalan emosiyaların psixosomatik təzahürü ola bilər.
Onun sözlərinə görə, boyun və çiyin əzələləri emosional yüklənməyə həssasdır. Stress zamanı insan fərqində olmadan bədənini sıxır, əzələlər gərilir. Nəticədə ağrı, hərəkət məhdudluğu və təzyiq artımı müşahidə oluna bilər. Çiyinlər çox vaxt məsuliyyət yükü ilə, boyun isə nəzarət və inadkarlıq hissi ilə əlaqələndirilir.
Mütəxəssis qeyd edir ki, kürək və onurğa boyunca yaranan gərginlik də daxili narahatlığın göstəricisi ola bilər.
Ray ilk növbədə həkim müayinəsindən keçməyi tövsiyə edir. Bununla yanaşı, dərin nəfəs məşqləri, yüngül dartınma hərəkətləri, üzgüçülük və isti duş əzələ gərginliyini azalda bilər.
Psixoloq vurğulayır ki, davamlı nəticə üçün emosional səbəblərlə işləmək vacibdir. Sərhədlər qoymaq, "yox" deməyi öyrənmək və gündəlik müsbət məqamlara fokuslanmaq daxili balansın bərpasına kömək edə bilər.
Oxşar xəbərlər
Burun spreyləri asılılıq yaradır? – Mütəxəssislər xəbərdarlıq edir
Burun tutulması zamanı geniş istifadə olunan bəzi burun spreyləri uzunmüddətli tətbiq edildikdə asılılıq riski yarada bilər. Mütəxəssislər xüsusilə damar darald...