Namaz qılmayan şəxsin orucu qəbul olur?
"Cəmiyyətdə tez-tez belə bir fikir səslənir ki, namaz qılmayan və ya dini qaydalara tam əməl etməyən insanın oruc tutması düzgün deyil. Halbuki dini baxımdan ibadətlər bir-birinə bağlı olsa da, hər biri ayrıca vacib əməl hesab olunur".
Bu sözləri BAKU.WS-ə açıqlamasında ilahiyyatçı Fərid Abdullah bildirib.
O əlavə edib ki, İslam hüququna görə namaz da, oruc da fərdi şəkildə vacibdir. Bir ibadətin yerinə yetirilməməsi digərinin avtomatik olaraq qəbul olunmaması anlamına gəlmir:
"Yəni namaz qılmayan bir insan da oruc tuta bilər və bu, dini baxımdan keçərli sayılır. Əksinə, belə bir şəxsin oruc tutması mənəvi baxımdan müsbət addım kimi qiymətləndirilir və onu digər ibadətlərə də yaxınlaşdıra bilər.
Ramazan ayı sadəcə aclıq və susuzluqdan ibarət deyil. Bu ay insanın öz nəfsi ilə üz-üzə qalması, daxili dünyasını saflaşdırması və həyatına yeni istiqamət verməsi üçün bir fürsətdir. Bəzən insan ibadətə bir addımla başlayır. O addım oruc ola bilər, namaz ola bilər və ya başqa bir xeyir əməl.
Əsas məsələ ibadətdən uzaqlaşmaq üçün bəhanə axtarmaq deyil, əksinə, mövcud imkan daxilində Allaha yaxınlaşmaqdır. Din qapı bağlayan deyil, qapı açandır. Ramazan isə bu qapıların daha geniş açıldığı bir zamandır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda hərbi xidmətə könüllü qəbul edilə biləcək şəxslərə dair tələblər dəyişir
Azərbaycanda hərbi xidmətə könüllü daxil ola və ya qəbul edilə biləcək şəxslərə dair tələblər dəyişir. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı...