Ukrayna XİN rəhbərinin müavini: Azərbaycanın etdiyi yaxşılığı unutmayacağıq

Ukrayna XİN rəhbərinin müavini: Azərbaycanın etdiyi yaxşılığı unutmayacağıq
Siyasət 40

Ukrayna strateji tərəfdaşı olan Azərbaycana humanitar yardıma görə səmimi minnətdarlıq bildirir.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko deyib.

"Biz strateji tərəfdaşımız Azərbaycana səmimi minnətdarlığımızı bildiririk. Özü 30 illik işğalı yaşamış və Ukraynanın hansı vəziyyətdə olduğunu aydın dərk edən ölkəyə - Azərbaycana Ukrayna xalqı təşəkkür edir", - nazir müavini deyib.

O vurğulayıb ki, Rusiya Ukraynaya endirdiyi zərbələrlə qorxu yaratmaq istəyir:

"Enerji obyektlərinin, xəstəxanaların vurulması vasitəsilə panika yaradıb insanlarımızı birdəfəlik qorxutmaq istəyir. Biz bütün bunları bilirik, başa düşürük və buna görə də Ukraynaya edilən hər hansı yardımı sağ qalmağa kömək kimi dəyərləndiririk. Ukrayna ordusu təcavüzkarın hücumlarını dəf edir. Biz buna qədər bizə edilən yaxşılığı unutmayacağıq. Biz bu yardıma görə Azərbaycan prezidentinə və xalqına səmimi minnətdarıq".

Son xəbərlər