Söküntü zamanı ən yüksək kompensasiya nə qədər olur? - VACİB AÇIQLAMA

Söküntü zamanı ən yüksək kompensasiya nə qədər olur? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 86

"Artıq söküntü prosesi Bakının demək olar ki, bütün rayonlarını əhatə etməyə başlayıb. Bura Yasamal, Səbail, Nərimanov, Nəsimi, Xətai, Suraxanı, Sabunçu və Pirallahı rayonları daxildir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, hazırda kompensasiya məbləği iki formada müəyyən olunur:

"Nazirlər Kabinetinin müvafiq komissiyaları tərəfindən elan olunmuş satınalma nəticəsində qiymətləndirici şirkət tərəfindən qiymətləndirmələr aparılır. Lakin bu məbləğlər çox zaman vətəndaşların gözləntilərini doğrultmur. Bunun əsas səbəbi qiymətləndirmədə yalnız sökülən binanın bazar dəyərinin nəzərə alınmasıdır. Yəni hər bir kvadratmetr üçün təyin olunan məbləğ kompensasiya kimi göstərilir.

Ədalətli yanaşma isə, həmin ərazidə və ya ətrafında, məsələn, bir kilometr radiusda yeni tikililərin bazar dəyəri əsasında kompensasiya verilməsidir. Kiçik sahələrdə isə otaq sayı nəzərə alınaraq kompensasiya və ya mənzillə təminat təmin olunmalıdır. Bu cür yanaşma həm söküntü prosesinin şəffaf və ədalətli aparılması, həm də Bakının tarixi simasının qorunması baxımından önəmlidir.

hazırda ən yüksək kompensasiya məbləği Yasamal rayonunda 2700 manat olaraq müəyyən edilib. Digər rayonlarda isə qiymətlər buna yaxın səviyyədədir. Hər bir ərazi üçün ayrıca qiymətləndirmə aparılmalı və bu qiymətləndirmə yalnız peşəkar qiymətləndirici tərəfindən həyata keçirilməlidir. 2023-cü ildə qəbul olunmuş qanun da məhz bunu tələb edir. Hər hansı bir icra qurumu və ya digər orqan qiymət müəyyən edə bilməz".

Orxan Hüseyn

Son xəbərlər