"WhatsApp" bu ölkədə qadağan edilə bilər

WhatsApp bu ölkədə qadağan edilə bilər
Siyasət 149

"Whatsapp" messenceri tezliklə İngiltərədə qadağan oluna bilər.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, "WhatsApp" rəhbəri Uil Ketçert, İngiltərənin tezliklə təsdiqlənməsi gözlənilən "Onlayn Təhlükəsizlik Qanunu" çərçivəsində "Whatsapp"ı qadağan edə biləcəyini açıqlayıb.

Bildirilib ki, "Onlayn Təhlükəsizlik Qanunu"nun tətbiqi hazırda xidmətdə mesajları qoruyan başdan-sona şifrələməni zəiflətməyə məcbur edə bilər.

Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, "WhatsApp" bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunması ehtimalı doğacaq.

Başdan-sona şifrələmə yalnız göndərən və qəbul edənin onları oxuya bilməsini təmin etməklə mesajların təhlükəsizliyini təmin edir.

Lakin bəzi ölkələr, o cümlədən Böyük Britaniya, mesajların qeyri-qanuni məzmunun yoxlanılması üçün bunun zəiflədilməli olduğunu iddia edib.

Son xəbərlər