Vuçiç Azərbaycanla qazla bağlı əldə edilən razılığın Serbiya üçün vacib olduğunu bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Biz Azərbaycanla təbii qazın gündəlik miqdarını 1,3 milyon kubmetrdən 2 milyon kubmetrə qədər artırmaq barədə razılığa gəlmişik ki, bu da bizim üçün çox vacibdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç "Serbiya Radio Televiziyası"nda danışıb.
Onun sözlərinə görə, Serbiya qaz idxalını müxtəlif alternativ üsullarından əldə etmək üçün çox iş görməlidir:
"Biz müxtəlif alternativ variantlar yaratmaq üçün çalışmalıyıq. Çünki bir çoxları kimi siyasi ayrı-seçkiliyə məruz qalırıq, əksinə vəziyyət daha da mürəkkəbləşərsə və pisləşərsə, bütün variantlardan istifadə edə bilməyəcəyimiz üçün".
Serbiya Prezidenti yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə, xüsusilə, 31 martda vaxtı başa çatan qaz müqaviləsinin müddətini uzatmağı müzakirə edəcək.
"Ümid edirəm ki, yaxın günlərdə Prezident Putinlə telefonla danışacağam və inanıram ki, qaz məsələsinə yaxşı bir həll yolu tapacağıq", - Serbiya lideri bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...