Vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri kimdir? (FOTO)
29
avq
2018
10:22
Xəbər verdiyimiz kimi Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçilər təyin edilib.BAKU.WS xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri Emin Hüseynov və Xalid Əhədovdur.Yeni təyin olunan köməkçilər haqqında bəzi məlumatları oxuculara təqdim edirik:
Emin Zamin oğlu HüseynovEmin Zamin oğlu Hüseynov: 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb.2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb.2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.İş təcrübəsi:1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı 2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində, iqtsadçı2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, ölkə üzrə iqtisadçı2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında, Strategiya və inkişaf məsələləri üzrə prorektor2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektoru2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü.Evlidir, üç övladı var.
Xalid Əhədov
Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub.
Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili alıb.Xalid Əhədov uşaqlıqdan oxumağı sevərmiş. Verdiyi bir müsahibəsində qeyd etmişdir: "Uşaqlıqda riyaziyyatçı olmaq və Ferma teoremini sübut etmək istəyirdim.Məktəbdə yaxşı oxuyurdum. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi oldum, bizim yığmamızın üzvü idim".Bankir tələbəlik illərindən işləməyə başlayıb.Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görüb.Professional fəaliyyəti:1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri2005-ci il - Bank of Baku- idarə heyəti sədrinin müavini.2012-ci il - Unibank- İcraedici komitənin üzvü.2015 il - Unibank- İcraçı Direktor vəzifəsi.12.07.2016 - “Bank Standard” - baş direktor2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinə sədr14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvüBAKU.WSOxşar xəbərlər
Mehriban Əliyevaya yeni köməkçilər təyin edildi - FOTO
Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçilər təyin edilib.BAKU.WS xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçiləri Emin H...