Vilayət Eyvazov DYP rəisini işdən çıxardı

Vilayət Eyvazov DYP rəisini işdən çıxardı
Siyasət 6134

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Ramin Bağırov vəzifəsindən azad edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Bağırov işdən çıxarılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.

Son xəbərlər