VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.
BAKU.WS xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır.
VII çağırış Milli Məclisin ən yaşlı deputatı isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadədir. Onun 84 yaşı var.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırışın birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...