Vəzifəlilər də 1 aylıq maaşlarını orduya bağışladılar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.
BAKU.WS AZƏRTAC-a istinadloa xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildən yaradılıb. Fonda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.
Oxşar xəbərlər
Ermənistanda ordu kampaniyası fiaskoya uğradı
Aprel döyüşlərində yaşadığı uğursuzluqdan sonra Ermənistan ordusuna yardım üçün bütün dünya ermənilərinin başladığı ianə kampaniyası çərçivəsində cəmi 8 milyon...