"Uşaqlarım acdır" deyən ananın videosuna "Gəbər" yazan məmur işdən qovuldu - VİDEO

Uşaqlarım acdır deyən ananın videosuna Gəbər yazan məmur işdən qovuldu - VİDEO
Video
Siyasət 1994

Pandemiya ilə bağlı bir çox ölkələrdə sosial izolyasiya tədbirləri həyata keçirilsə də, bəzi vətəndaşlar gündəlik qazanc əldə etmək üçün bu qadağalara tabe olmadan çölə çıxırlar.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, Türkiyədə bu qadağaları pozan qaraçı qadının etiraz videosu sosial şəbəkələrdə yayılıb.

"Uşaqlarımız acdır, evdə necə qalım? Uşaqlarım ac qalmasın deyə dilənməkdən gəlirəm. İndi mən zibillikdən yemək axtarmaqdan gəlirəm, evdə qal demək asandır", - deyə həmin qadın etirazını bildirib.

Onun videosu sosial şəbəkələrdə minlərlə dəfə yayılıb və onlarla şəxs qadına yardım edib. Bununla yanaşı qadını çölə çıxdığına görə tənqid edənlər də olub. Onlardan biri də İstanbul Ailə və Sosial xidmətlər idarəsinin müdir müavini Nail Noğaydır. O, qadının videosunu paylaşaraq "Gəbər" sözünü yazıb.

Onun bu paylaşımı insanların qəzəbinə tuş gəlib. Vəziyyətin ciddiləşdiyini görən səlahiyyətlilər Nail Noğayı bu şərhinə görə vəzifəsindən uzaqlaşdırıb. İstanbul Ailə və Sosial Xidmətlər İdarəsindən verilən açıqlamada bildirilib ki, birlik və bərabərliyimizi zədələyən bir dil, üslub yolverilməzdir.

Adıçəkilən məmur baş verənlərdən sonra sosial şəbəkə hesablarını bağlayıb.

Son xəbərlər