Uruqvay Çavuşoğlunun "bozqurd" jestinə görə Türkiyəyə səfir təyin etmədi
Uruqvay Senatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “bozqurd” jesti səbəbindən Ankaraya səfir təyinatının təxirə salınması təklifini yekdilliklə dəstəkləyib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Mercopress” məlumat yayıb.
Bu təkliflə erməni əsilli senator Liliam Keçiçyan çıxış edib. Nəticədə Yuxarı Palata dosyenin Xarici Əlaqələr Komitəsinə geri göndərilməsinə razılıq verib.
Qeyd edək ki, bir qrup erməni əsilli şəxs Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvaya rəsmi səfərinə etiraz əlaməti olaraq Türkiyənin bu ölkədəki səfirliyinin qarşısına toplaşaraq Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Mövlud Çavuşoğlu isə şüar səsləndirən ermənilərə “bozqurd” işarəsi ilə cavab verib.
Oxşar xəbərlər
Çavuşoğlu ermənilərə boz qurd işarəsi ilə cavab verdi - VİDEO
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Uruqvaya səfəri zamanı etirazla qarşılanıb. BAKU.WS xəbər verir ki, Çavuşoğlunun səfərinə eitiraz olaraq bir qr...