Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında bir sıra əsas istiqamətlər üzrə tərəfdaşlığı dərinləşdirmək planları barədə paylaşım edib.
BAKU.WS xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Aİ Cənubi Qafqazın parlaq gələcəyinə - dinc və firavan gələcəyinə inanır. Biz bu gələcəyi qurmağa kömək etmək istəyirik. Mən həmçinin Aİ ilə Azərbaycan arasında ticarətdən nəqliyyata, energetikadan iqtisadiyyata qədər tərəfdaşlığı dərinləşdirmək üçün buradayam" , - o yazıb.
Qeyd edək ki, Ursula fon der Lyayen Azərbaycanda işgüzar səfərdədir.
Oxşar xəbərlər
Ədliyyə naziri Fərid Əhmədov türkiyəli həmkarı Akın Gürleklə görüşüb
Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə naziri Akın Gürlekə görüşüb. Qonağı salamlayan nazir Fərid Əhmədov Azərbaycanla Türkiyə a...