Ulu öndər Heydər Əliyevin arzusunu İlham Əliyev gerçəkləşdirdi
Prezident İlham Əliyev mərhum dövlət başçısı Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək bu il də Novruz tonqalını işğaldan azad edilən bölgədə yandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalının "Instagram" səhifəsində paylaşılan qısa videosüjetdə qeyd olunur.
"Azərbaycanın milli bayramlarından biri olan Novruz bütün ölkədə coşqu ilə qeyd olunduğu bir vaxtda bu bayramın simvolu olan tonqal işğaldan azad edilmiş torpaqlarda da alovlandırılıb.
Vaxtilə mərhum Prezident Heydər Əliyevin işğaldan azad olunmasını görmək istədiyi bütün rayonlara indi bahar gəlib. Novruz bayramınız mübarək!" - deyə paylaşımda bildirilib.
Oxşar xəbərlər
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Azərbaycan hesab edir ki, bərpa olunan enerjinin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması sahəsində mühüm irəliləyiş əldə edilsə də, ciddi çağırı...