Ukraynalı məşhur qapıçı karyerasını başa vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının qapıçısı Andrey Pyatov peşəkar karyerasını başa vurub.
"Report"un məlumatına görə, bu barədə Donetsk təmsilçisinin baş direktoru Sergey Palkin klubun rəsmi saytına açıqlama verib.
O, 39 yaşlı qolkiper üçün vida matçı təşkil edəcəklərini bildirib: "Böyük ehtimalla, bu oyun avqustun 6-da Londonda "Tottenhem"ə qarşı olacaq".
Həmçinin, Pyatova "Şaxtyor"da qapıçılar üzrə məşqçi vəzifəsi təklif olunub.
Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü 2007-ci ildən Donetsk komandasının şərəfini qoruyurdu. O, bu klubun heyətində 482 görüş keçirib.
Oxşar xəbərlər
Baxmutdan necə sağ çıxdım? - FOTO/VİDEO
Mübariz Aslanov yazır... İlk dəfə idi ki, bu qədər gözləyirdim. Bundan əvvəl, son bir ildə - Ukraynada müharibə başlayandan bəri Donetsk vilayətinə 4 və ya 5 də...