Ukraynada yaralanan azərbaycanlı Moldovaya təxliyyə edildi - RƏSMİ

Ukraynada yaralanan azərbaycanlı Moldovaya təxliyyə edildi - RƏSMİ
Siyasət 74

Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı, TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası alıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bir neçə müddətdir, həmvətənimiz Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu onun müalicə prosesini diqqət mərkəzində saxlayıb.

Yaralının ilkin mərhələdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən, onun müalicəsinə Xarkov şəhərində başlanıb və orada da davam etdirilib.

Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.

Fəxri konsulluğun Xarkov vilayət administrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirdiyi iş nəticəsində və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq bu gün Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhədinə doğru təxliyyə edilib.

Bildirilib ki, hadisə baş verən vaxtdan həmvətənimizin müalicəsi və təxliyyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olub.

Konsulluqdan əlavə olunub ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq, ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.

Son xəbərlər