Ukraynada silahlı qarşıdurmada daha bir azərbaycanlı öldü
04
mar
2022
14:37
Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.
BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.
O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: "Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir".
A.Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.
Oxşar xəbərlər
Ukraynada öldürülən azərbaycanlılar - Dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
Ukraynada 4 Azərbaycan vətəndaşı həlak olub. Onlardan biri Xarkov şəhərində, digər üçü isə Moldova istiqamətinə gedərkən atəşə tutulublar. Ölkəmizin Ukraynadakı...