Ukraynada Rusiya tank karvanı məhv edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Kiyevlə yanaşı, Ukraynanın mərkəzi və cənub vilayətlərində hava həyəcanı siqnalı verilib:
“Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hava hücumu olub. Nəticədə bir neçə yaşayış evi dağılıb. Bir nəfər həlak olub, doqquz nəfər yaralanıb”.
Qeyd edilib ki, Zaporojye istiqamətində Ukrayna ordusunun əks-hücum əməliyyatları davam edir.
Məlumata görə, ötən gecə Ukrayna Silahlı Qüvvələri Melitopol və Tokmak istiqamətində bir neçə kilometr irəliləyiblər:
“Həmin istiqamətdə Rusiya ordusuna məxsus tank karvanı Ukrayna hərbçiləri tərəfindən məhv edilib”.
Oxşar xəbərlər
Krivoy-Roqda xilasetmə işləri başa çatdı: 11 nəfər ölüb - VİDEO - YENİLƏNİB
Ukraynanın Krivoy-Roq şəhərində Rusiyanın endirdiyi zərbədən sonra axtarış-xilasetmə əməliyyatı başa çatıb. BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki,...