Krivoy-Roqda xilasetmə işləri başa çatdı: 11 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Ukraynanın Krivoy-Roq şəhərində Rusiyanın endirdiyi zərbədən sonra axtarış-xilasetmə əməliyyatı başa çatıb.
BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
Hücum nəticəsində 11 nəfər həlak olub.
***10:43
Rusiya Silahlı Qüvvələri Ukraynanın Krivoy-Roq şəhərini atəşə tutub.
BAKU.WS Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, beşmərtəbəli binaya hücum nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.
Xəsarət alanlardan 19-u xəstəxanadadır.
Dağıntılar altında qalanların olduğu bildirilir.
Məlumata görə, hava hücumundan müdafiə qüvvələri 3 qanadlı raketi məhv edib.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...
