Ukrayna səfiri: "Ölən dinc sakinlər arasında uşaqlar da var"

Ukrayna səfiri: Ölən dinc sakinlər arasında uşaqlar da var
Siyasət 83

"Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ikinci günüdür. Bu müddət ərzində 57 dinc sakin, həmçinin 2 uşaq həlak olub".

BAKU.WS xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Rusiya ordusu paytaxt Kiyev və başqa dinc şəhərləri atəşə tutur. Ötən gecə paytaxta raket hücumu nəticəsində yaşayış binasında yanğın baş verib və yaralılar var.

Diplomat bu cür raket hücumlarını 44 günlük Vətən müharibəsi dövründə Gəncədə baş verənlərlə müqayisə edib.

Son xəbərlər