Ukrayna prezidenti Gündüz Məmmədova general-mayor rütbəsi verdi
09
okt
2017
12:18
Ukrayna prezidenti Poroşenko azərbaycanlıya yüksək rütbə verib.BAKU.WS-in məlumatına görə, Poroşenko Krım respublikasının prokuroru Gündüz Məmmədovu 3-cü dərəcəli ədliyyə müşaviri (general-mayor rütbəsinə bərabər) təyin edilməsi barədə əmr imzalayıb.Bu barədə Ukrayna hökumətinin rəsmi saytında yerləşdirilib.Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.BAKU.WS
Oxşar xəbərlər
Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib
Ukrayna prezidenti Petr Poroşenko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı fərman imzalayıb. BAKU....