Gündüz Məmmədov Krımın prokuroru təyin edildi

Gündüz Məmmədov Krımın prokuroru təyin edildi
Siyasət 1633

Ukraynanın baş prokuroru Yuri Lutsenko Gündüz Məmmədovun Krım Muxtar Respublikasının prokuroru təyin edilməsi barədə əmr imzalayıb.

BAKU.WS xəbər verir ki, Krım MR-in prokurorluğu Kiyevin Reznitskaya küçəsində yerləşir.

Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS

Oxşar xəbərlər

Putin yüksək çinli bir neçə məmuru işdən qovdu

Putin yüksək çinli bir neçə məmuru işdən qovdu

Rusiya prezidenti Vladimir Putin bir sıra güc strukturlarında kadr dəyişiklikləri edib. APA-nın məlumatına görə, Rusiya İstintaq Komitəsi sədrinin birinci müav...

1644 Siyasət 13:18 01 may 2016

Son xəbərlər