Poroşenkonun Rusiyadakı fabriki bağlanır

Poroşenkonun Rusiyadakı fabriki bağlanır
Hadisə 1787

Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus "Roshen" şirkətinin Rusiyanın Lipetsk şəhərindəki fabriki fəaliyyətini dayandırır.

BAKU.WS-ın APA-ya istinadən verdiyi məlumata görə, şirkət siyasi-iqtisadi səbəblərlə istehsal fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb. Müəssisənin tam dayanması və konservasiyası bu ilin aprelində həyata keçiriləcək.   

"2013-cü ildən başlayaraq fabrikin istehsalı üç dəfə azalıb. Səbəb "Rospotrebnadzor"un 2013-cü ildə "Roshen"ə məxsus Ukrayna xammalının idxalını qadağan etməsi, Rusiya kütləvi informasiya vasitələrində aparılan fəal antiukrayna təbliğatı və piştaxtalarda "Roshen" istehsalı olan məhsulların yerləşdirilməsinə qoyulan qadağalardır", - deyə şirkətdən bildirilib.

İstehsalın azalması səbəbindən müəssisədə kütləvi ixtisarlar aparılıb. Qalan 700 işçiyə fabrikin bağlanacağı elan edilib.

Qeyd edək ki, 2015-ci ilin aprelində Rusiyada Lipetskdə yerləşən "Roshen" fabrikinə qarşı cinayət işi qaldırılıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə müəssisəni satmaq istədiklərini, lakin buna maneələr yaradıldığını bəyan edib.  

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda neft və qaz sektorunda istehsal azalıb

Azərbaycanda neft və qaz sektorunda istehsal azalıb

2016-cı ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat və ya əhalinin hər nəfərinə 4512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edi...

1294 İqtisadiyyat 13:15 17 oktyabr 2016

Son xəbərlər