Ukrayna Ordusunda xidmət edən idmançının həyat yoldaşı və qızı Xarkova raket hücumu nəticəsində öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 23-də Xarkova edilən raket hücumu nəticəsində Rusiya Federasiyasının tammiqyaslı işğalının əvvəlindən Ukrayna Silahlı Qüvvələrinə qoşulmuş reqbiçi Vladimir Maşkinin həyat yoldaşı və 8 yaşlı qızı ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının Gənclər və İdman İşləri İdarəsi məlumat yayıb.
“Yanvarın 23-də Xarkov “Legion XIII” reqbi klubunun oyunçusu, reqbi və reqbi liqası üzrə idman ustası, Ukraynanın reqbi üzrə milli liqa komandasının oyunçusu Vladimir Maşkinin ailəsində böyük kədər baş verib. Atılan raket Vladimirin ailəsi ilə birlikdə yaşadığı evə düşüb”, - mesajda deyilir.
Qeyd olunur ki, mənzili tamamilə dağıdan partlayış nəticəsində bir qadın və idmançının 8 yaşlı qızı həlak olub.
Oxşar xəbərlər
Xarkova raket hücumu: Həmyerlilərimiz məcburi döyüşə aparılıblar? - VİDEO
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gün baş verən hava h...