Ukrayna ordusu Baxmutda 10-dan çox mövqeyi ələ keçirib

Ukrayna Silahlı Qüvvələri (SQ) Baxmut şəhəri yaxınlığındakı qəsəbələrdə irəliləməyə davam edir.
BAKU.WS "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu Rusiya qoşunlarının 10-dan çox mövqeyini tutub.
"Bizim bölmələrimiz bu gün Baxmut ərazisinin şimalında və cənubunda 10-dan çox düşmən mövqeyini ələ keçirib və İvanovski rayonundakı meşənin əhəmiyyətli hissəsini təmizləyib", - o vurğulayıb.
Malyar bildirib ki, Ukrayna hərbçiləri müxtəlif bölgələrdən düşmən əsgərlərini əsir götürüblər.
O, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski vəziyyəti nəzarətdə saxlayır.
Oxşar xəbərlər
Ukrayna ordusu Baxmutda əks-hücuma keçdi, bəzi mövqeləri geri aldı
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Baxmut istiqamətindən əks-hücuma keçib, rus hərbçilər bəzi mövqeləri itirib. BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər v...
