Sırski Baxmuta getdi: "Mümkün ssenariləri hesablayırıq"

Sırski Baxmuta getdi: Mümkün ssenariləri hesablayırıq
Siyasət 147

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətində ən qaynar döyüşlərin getdiyi nöqtələrə baş çəkib.

Bu barədə BAKU.WS "Unian"nın teleqram kanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, Baxmutun müdafiəsi zəruridir və şəhərin müdafiə imkanlarından, qurulmuş istehkamlardan, təchiz edilmiş atəş nöqtələrindən məqsədyönlü istifadə olunur:

"Əsgərlərimizin qəhrəmanlığı və cəsarəti, həmçinin silahlardan düzgün istifadə şəhərin müdafiəsini təmin etməyimizə imkan yaradır. Biz hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri hesablayırıq və mövcud vəziyyətə adekvat davranacağıq", - deyə Sırski bildirib.

Son xəbərlər