Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin komandiri Baxmuta gedib - FOTO

Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin komandiri, briqada generalı Viktor Xorenko Ukrayna Silahlı Qüvvələrinin səkkiz aydan artıqdır müdafiə etdiyi "Şərq qalası" Baxmutu ziyarət edib.
BAKU.WS UNİAN-nın teleqram kanalına istinadən xəbər verir ki, Komandir Baxmutu müdafiə edən və Donetsk, Luqansk vilayətləri ərazisində tapşırıqları yerinə yetirən tabeliyindəki bölmələrin işinə baxış keçirib.
"Baxmutun müdafiəsində iştirak edən Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bütün bölmələri onlara verilən tapşırıqları dəqiq yerinə yetirirlər. Əsgərlərimiz daim son dərəcə çətin şəraitdə işləyirlər və düşmən qüvvələrinin sayının hər gün azaldılması üçün hər şeyi edirlər", - deyə Xorenko vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...
