Ukrayna Avropaya qaz tranzitini dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Rusiya hərbçiləri tərəfindən Luqansk vilayətində ələ keçirilən "Soxranovka" stansiyası vasitəsilə qazın Avropaya tranzitini dayandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın GTS operatorunun mətbuat xidməti məlumat yayıb.
Şirkət fors-major vəziyyətin baş verdiyini açıqlayıb. Avropaya tranzitin demək olar ki, üçdə biri "Soxranovka" vasitəsilə reallaşır.
Belə ki, 11 may 2022-ci il saat 07:00-dan qovşaqdan qaz qəbul edilməyəcək.
Eyni zamanda, Ukrayna avropalı tərəfdaşlar qarşısında tranzit öhdəliklərini tam həcmdə və müqavilənin şərtlərinə uyğun yerinə yetirmək üçün tranzitin müvəqqəti başqa ərazidən həyata keçirilməsini düşünür.
Oxşar xəbərlər
Ukrayna Baş Qərargahı: "Rusiyanın canlı qüvvə itkiləri 20 000-ə çatıb"
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ukrayna Silahlı...