Uelslə matçdan sonra Ərdoğan Hakan Çalhanoğlu və Arda Gülərlə telefonla danışıb - VİDEO
Ötən gecə AVRO 2024-ün seçmə mərhələsində Türkiyədə baş tutan Türkiyə-Uels qarşılaşmasının ardından ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan kapitan Hakan Çalhanoğlu və millinin ikinci qolunu vuran Arda Gülərlə telefonla danışaraq onları təbrik edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon görüşməsi Türkiyənin Gənclər və İdman naziri Osman Aşkın Bakın telefonu ilə gerçəkləşib.
Kapitan Hakan Çalhanoğlu ilə danışaraq bütün komandanı təbrik edən Ərdoğan, "Başdan sona qədər oyunu izlədik. Bu gecə həqiqətən bizi qürurlandırdınız. Latviya matçında çətinlik çəkdik, amma bu axşam daha rahat idik. Çətin oyun olmasına baxmayaraq, nəticə yaxşı oldu. Bütün oyunçulara bir-bir salam deyin! Hamının gözlərindən öpürəm", - ifadələrini işlədib.
Hakan Çalhanoğlundan sonra Arda Gülərlə danışan Ərdoğan belə deyib:
“Arda, gözlərindən öpürəm. Bu, həqiqətən də heyrətamiz qol idi. Bunlar çox istisna qollardır. O baxış və sonra tərs küncə zərbə gözəl idi. Hamının gözlərindən öpürəm”.
Xatırladaq ki, UEFA 2024 Avropa Çempionatı (AVRO 2024) seçmə mərhələsinin D qrupunun dördüncü matçında Samsunda Uelsi qəbul edən Türkiyə millisi Umut Nayir və Arda Gülərin qolları ilə 2-0 qalib gəlib.
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...