Türkiyənin zəlzələ bölgəsində tədris iki həftəlik dayandırıldı
06
fev
2023
12:52
Türkiyədə baş verən güclü zəlzələ genişmiqyaslı tələfata səbəb olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gündən etibarən Malatya, Kahramanmaraş, Hatay və Adıyaman bölgələrində tədris prosesinə iki həftə müddətində ara verilib.
Bu barədə Türkiyənin təhsil naziri Mahmud Özer bildirib.
Nazir qeyd edib ki, Osmaniye, Kilis, Diyarbakır, Qaziantep, Şanlıurfa və Adana vilayətlərində də tədrisə bir həftə fasilə veriləcək.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...